Azərbaycanda hər gün 1200 nəfər Onkologiya Mərkəzinə müraciət edir - QORXUNC RƏQƏMLƏR

“Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir. Yəqin ki, bu məsələyə baxılacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov deyib.

Deputat dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib: “Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Azərbaycan Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması – dərman, servis və s. 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır. Mərkəzə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar