Ermənilər Kəlbəcərin yeraltı sərvətlərindən 55 milyon qazandı

04.11.2019 12:01     Sosreaksiya     564

Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “maliyyə qurumu”  2019-cu ilin yanvar-sentyabr aylarında 300 ən böyük vergi ödəyicisini  müəyyən edib. 

Reaksiya.az Moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, həmin ödəyicilər Azərbaycan torpaqlarının yeraltı-yerüstü sərvətləri hesabına separatçı rejim büdcəsinə ümumilikdə   34 milyard 72 milyon 600 min dram (təxm. 122 miilyon AZN) ödəyiblər. Ən böyük 3 vergi ödəyicisi isə “Base metals” şirkəti,  “Artsaxbank” və “Karabaxtelekom” qanunsuz mobil operatorudur. 

Əsasən Azərbaycanın Kəlbəcər rayonu ərazisində (Heyvalı, Mehmana və s. kəndləri) qızıl, mis, molibden və s. qiymətli metal yataqlarının qanunsuz istismarıyla məşğul olan “Base metals” şirkəti isə vergi ödənilməsinə görə 1-ci yerdədir.  Həmin qanunsuz qurum  separatçı rejim büdcəsinə 15 milyard 369 milyon 500 min dram(təxm. 55 milyon AZN) ödəyib... 

Bu, hələ Qarabağ, o cümlədən Kəlbəcər ərazisində fəaliyyət göstərən  yalnız bir dağ-mədən şirkətinin ödədiyidir...

Reaksiya.az

Şərhlər