PA-nın sektor müdiri: "Azərbaycanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyi Avropa Məhkəməsinə təqdim edilib"

04.11.2019 12:13     Sosreaksiya     558

"Azərbaycanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyi Avropa Məhkəməsinə təqdim edilib. Azərbaycan bu məsələ ilə bağlı dünyanın aparıcı hüquqşünasları ilə müqavilə imzalayıb".

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın mövqeyi Avropa Məhkəməsinə təqdim olunub: "Bu, sonuncu mərhələdir. Bundan sonra Avropa Məhkəməsi artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər. Azərbaycanlı girovların azadlığa buraxılması Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətidir. Avropa Məhkəməsinin qərarında bu iki şəxsin hüquqlarının pozulması müəyyən ediləcək. Bundan sonra Ermənistan bu qərarı icra etmək məcburiyyətində olacaq. Buna nəzarət isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməkdən asılıdır".

Ç.Əsgərov bildirib ki, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər: "Bu məsələ ilə bağlı Avropa Şurasının müvafiq mexanizmləri var, əgər Ermənistan qəbul olunan qərarı icra etməzsə, biz bu bununla bağlı məsələ qaldıracayıq. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin"

Reaksiya.az

Şərhlər