"Yeni Müsavat" qəzeti 30 yaşında

08.11.2019 16:07     Sosreaksiya     820

Ölkə mediasının ən köklü və populyar bir qəzetinin yaranmasından 30 il keçir.

"Yeni Müsavat" qəzeti "Yeni Müsavat" Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və "Yeni Müsavat" Media Qrupunun təsisçisi Rauf Arifoğludur.

"Yeni Müsavat" qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.
1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. 16 il 8 aydan sonra - 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. Bu günədək qəzetin 7405- sayı işıq üzü görüb.

"Yeni Müsavat", Azərbaycanda həftədə 6 dəfə dərc olunan yeganə qəzetdir. "Yeni Müsavat" Media Qrupuna aid olan KİV-lər bunlardır:

www.musavat.comwww.minval.az (rus), tr.minval.az (anadolu türkcəsi), minval.info.

Bundan başqa, Media Qrupunun YouTube platformasında 75 min abunəsi olan internet televiziyası - TV Musavat, Facebook platformasında isə rus və Azərbaycan dilli auditoriyalara xitab edən böyük səhifələri var: 141 min təqibçisi olan "Yeni Müsavat Qəzeti", 60 min təqibçisi olan "Minval.az" və 21 min təqibçisi olan "Minval.info" səhifələri...

Dövriyyəsinə, tirajına və əhatəsinə görə "Yeni Müsavat" Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandı.

Həmkarlarımızı təbrik edirik!

Reaksiya.az

Şərhlər