Qalxanabənzər vəz xəstəlikləri və onların profilaktikası

13.11.2019 15:26     Sosreaksiya     631

Bizim aktiv həyat fəaliyyətimizin və xoş əhval-ruhiyyəmizin əsasını öz arzularımızı və emosiyalarımızı idarə etməyimiz təşkil edir. Lakin ümumi rifahımızda fiziki sağlamlığımızın da rolunu unutmamalıyıq. Bunun əyani nümunəsi – qalxanabənzər vəzin işindəki pozğunluqlardır və bunlar peşəsindən, cinsindən, yaşından və həyat tərzindən asılı olmayaraq insanların öyrəşdikləri həyatı alt-üst edə bilər. Ona görə də, bu orqanın necə qurulduğunu və yaratdığı xəstəliklərin ilkin əlamətlərini bilmək hər birimiz üçün faydalı olardı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin hər onuncu sakinində qalxanabənzər vəz xəstəliyi var. Ekspertlər qeyd edirlər ki, ildən-ilə endemik zob, hipotireoz və qalxanabənzər vəzin digər xəstəlikləri artmaqdadır. Bunun səbəbləri – düzgün olmayan qidalanma, ekoloji vəziyyət, irsi amillərin təsiridir.

Müsahibimiz Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Şəbnəm Alıyevadır. O, qalxanabənzər vəz xəstəlikləri haqqında suallarımızı cavablandırır.

-Doktor, hazırda qalxanabənzər vəz xəstəliklərinə nə dərəcədə rast gəlinir?

-Bu gün endokrin orqanların patologiyası arasında qalxanabənzər vəz xəstəlikləri rast gəlmə tezliyinə görə şəkərli diabetdən sonra ikinci yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada qalxanabənzər vəz patologiyası ilə 200 mln-dan çox şəxs əziyyət çəkir. Bu orqanın patologiyası ilə xəstələrin qadınlar və kişilər arasında nisbəti 1:10-1:17 təşkil edir.

-Onlardan ən geniş yayılmış xəstəliklər hansılardır?

-Qalxanabənzər vəzin daha çox yayılmış xəstəlikləri yod çatışmazlığı nəticəsində yaranan endemik ur və müxtəlif etiologiyalı hipotireozlərdir.

-Qalxanabənzər vəz xəstəlikləri orqanizmdə hansı fəsadlara yol açır?

Qalxanabənzər vəzin hər xəstəliyi özünəməxsus fəsadlar yaradır. Hipotireoz orqanizmdə metabolik prosesləri zəiflədir və ürək, qan-damar sistemində, həzm sistemində ciddi dəyişikliklər törədir. Həmçinin, saç tökülməsi, dırnaqlarda kövrəklik, dəridə quruluq, halsızlıq, yorğunluq, bədən kütləsinin artması, bədən temperaturunun aşağı düşməsi, soyuğa davamsızlıq, yuxululuq, süstlük, depressiv hallar, oynaqlarda ağrılar, yaddaşın zəifləməsi müşahidə olunur. Tireotoksikoz (qalxanabənzər vəz hormonlarının artıq miqdarda sekresiya olunması) – sinir sisteminin həssaslığının artması, oyanıqlıq, əsəbilik, ağlağanlıq, səbirsizlik, bədən temperaturunun artması, tərləmə, arıqlama, gözlərdə bərəlmə, ürək, qan-damar sisteminində dəyişikliklər: ürəkdöyünmənin artması, aritmiya, arterial hipertenziya, bədəndə və əllərdə əsmə, yuxusuzluq, ishal kimi əlamətlərlə özünü göstərir.

-Qalxanabənzər vəzin müayinəsi nə zaman məsləhət olunur?

-Əgər yuxarıda qeyd olunan simptomlar varsa, qanda qalxanabənzər vəzin hormonları (TSH, fT4, fT3, ehtiyac olarsa antiTPO, antiTQ, TRAb) mütləq yoxlanmalıdır və USM olunmalıdır.

-Qalxanabənzər vəz xəstəliklərində cərrahi müdaxilə hansı hallarda göstərişdir?

-Cərrahi müdaxilə aşağıdakı hallarda olunur: qalxanabənzər vəz xərçəngi; ətraf toxuma və orqanları sıxan, döş sümüyü arxasına sirayət edən, kosmetik defekt və ya funksional avtonomiya yaradan düyünlü ur; konservativ müalicə effektsiz və mümkünsüz olan tireotoksikozlar.

-Deyirlər ki, endokrin patologiyalı xəstələrə yalnız hormon müalicəsi təyin olunur, bu doğrudurmu?

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar