DTX-nın həbs etdiyi şəxsə narkotik ötürülməsinin qarşısı alınıb

28.11.2019 15:14     Sosreaksiya     685

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Babayev Vüqar Ədalət oğluna bacısı oğlu Şirvan şəhər sakini Abdullayev Orxan Mehman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kələm turşusunun içərisində gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 3.814 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Babayevin də üzvü olduğu mütəşəkkil dəstə 2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib. Onlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarıblar.

Reaksiya.az

Şərhlər