İzmirdən Bakıya, Bakıdan İzmirə birbaşa getmək istəyənlərin intizarına son qoyuldu

15.12.2019 10:31     Sosreaksiya     685

İllərdir İzmirdən Bakıya, Bakıdan İzmirə birbaşa getmək istəyənlərin intizarına son qoyuldu.

Artıq İzmir avtovağzalından Bakıya birbaşa avtobus marşrutu hərəkət edəcək. Nuhoğlu Karadeniz şirkəti olarak yola çıxan bu avtobuslar müştərilərinə hər cür rahatlıqla təmin edir. 30 ildir İzmirdə Ege bölgəsində yerləşən İzmir, Manisa, Aydın, Denizli, Muğla, Afyonkarahisar, Kütahya, Uşak, Kuşadası, Çeşme kimi yerlərdən Azərbaycana getmək istəyənlər İstanbul və ya Ankaraya gedərək orada saatlarla gözləməli olurdular. Ege bölgesinde minlərlə Azərbaycan vətəndaşı yaşayır. Böyük əksəriyyətinin maddi vəziyyəti isə çox yüksək deyil. Bir çoxu vətəninə təyyarə ilə gedə bilmir.

Bundan başqa təyyarələrdəki baqaj məbləğinin də yüksək olmağı sərnişinlərin avtobus səyahətlərinə üz tutmasına səbəb olur. İzmir Azerbaycan Kültür və Dayanışma dərnəyi bir neçə dəfə İzmirdən Bakıya, Bakıdan İzmirə ən az həftədə bir dəfə avtobusla yola düşmək üçün imza kampaniyası başlatmış və müxtəlif şirkətlərə təqdim etmişdi. Amma bu tələbə müsbət cavab verən olmamışdı.

Dərnək rəhbəri Mulazim Pahsa ASASmedya.info vasitəsilə "Nuhoğlu Karadeniz" şirkətinə təşəkkürlərini bildirib. İzmirdə yaşayan İlham Namazov da İzmirdən birbaşa Bakıya avtobus reysinin açılmasına sevindiyini və ailəsi ilə burada yaşadığından hər dəfə Azərbaycana gedərkən iki avtobus dəyişməmək üçün təyyarə ilə uçmağa üstünlük verdiklərini vurğulayıb.

Nazilə Osmanova Karadağda belə bir avtobus xəttinə ehtiyac olduğunu bildirib. Azərbaycana səfər edərkən, Manisadan Ankaraya gedib 6-7 saat orada Bakıya yola düşən avtobusu gözləmək məcburiyyətində qaldıqlarını deyib. Bir sözlə,hər kəs bu addımı dəstəkləyir və alqışlayır. Artıq həftənin hər günü İzmirdən səhər 9-da, Bakıdan isə 10-da yola çıxan avtobuslar sərnişinlərə təqdim edilib. Şirkət bayram günlərində xəttə əlavə avtobusların çıxarılacağını da nəzərdə tutub.

Şirkətin uyğun qiymətli karqo xidməti də mövcuddur. Nəzərə alsaq ki, iki avtobus dəyişmək həm vaxt, həm də artıq pul sərfiyatıdır, İzmir-Bakı, Bakı-İzmir birbaşa avtobus reyisi həm rahatlığı, hem də büdcəyə qənaəti təmin edir. Qeyd edək ki, şirkətdən ASASmedya.info-ya verilən məlumata əsasən, biletləri həm satış məntəqələrindən, həm də internet üzərindən almaq mümkündür. Biletləri qabaqcadan sifariş etmək istəyənlər Rza Keskin (090 536 447 76 99), Şener Gökyücellə (090 532 293 63 43) əlaqə saxlaya bilərlər.

Reaksiya.az

Şərhlər