Sabahın havası narahatlıq yarada bilər

17.12.2019 13:52     Sosreaksiya     1379

18 dekabrda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Reaksiya.az -a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keşəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar