Ermənişünas alim şok fakt aşkarladı: “Orta məktəblərimizdə...”

17.12.2019 16:15     Sosreaksiya     1404

“Erməni saytları Azərbaycan orta məktəblərində Çin istehsalı olan qlobuslarla təmin olunduğunu yazıb. İddialara görə, bu qlobuslarda Dağlıq Qarabağ və Naxçıvan Ermənistan əraziləri kimi göstərilib".

Belə bir açıqlama ilə Erməni Araşdırmaları Elmi-tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi çıxış edib.

Teleqraf.com orta məktəblərdə dərs vəsaitlərinə nəzarətlə bağlı təhsil eksperti Kamran Əsədovun fikrini öyrənib.

Kamran Əsədov deyib ki, orta ümumtəhsil məktəblərinə dərsliklərdən əlavə köməkçi dərs vəsaitləri tender vasitəsilə qalib gəlmiş qurum tərəfindən göndərilir: “Təəssüflər olsun ki, tenderdə qalib gələn qurumlar dövlət nəzarəti olmadan dövlətçiliyimiz, milli-mənəvi dəyərlərimiz üçün təhlükəli olan informasiyalarla dolu vəsaitləri də gətirirlər. Biz monitorinq aparanda gördük ki, orta məktəb şagirdlərinin istifadə etdiyi albomların üzərində olan şəkillər milli-mənəvi dəyərlərimizə, şagirdlərin yaş psixologiyasına uyğun deyil. Eyni zamanda köməkçi vasitə olan xəritə və qlobuslarla bağlı vəziyyət də yaxşı deyil”.

Kamran Əsədovun fikrincə, ölkəyə gətirilən dərs vəsaitlərinin yoxlanılması üçün ekspert-nəzarət qurpu olmalıdır: “Təəssüf ki, buna nəzarət mexanizmi yoxdur. Bir çox hallarda Çindən və digər ölkələrdən nəzarət olmadan gətirilən bu əlavə vəsaitlər orta məktəblərə ayaq açırlar. Ölkənin 4472 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır, bu kifayət qədər böyük bir kontingentdir”.

Ekspert bildirib ki, bu kimi hallara xüsusilə tarix və coğrafiya fənlərinin tədrisi zamanı rast gəlinir: “Nəzərə alsaq ki, bütün sahələr üzrə mütəxəssis yoxdur. Xəritələrin, qlobusların yoxlanılmamasına görə təbii ki, zaman-zaman Azərbaycan ərazisinə təhrif olunmuş formalarda qarşılaşırıq. Müəllimlər dərin sonunda vəsaitlərdən istifadə zamanı bunu görürlər. Yaxşı olar ki, məktəblərə bu vəsaitləri paylayan qurum müəyyən ekspert qrupları tərəfindən yoxlanılsın”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar