Üç övladı ilə itkin düşən qadının qardaşı: “Cəmi 60 manat pulla...”

21.01.2020 12:43     Sosreaksiya     1058

Xızı rayonu ərazisində ana və üç övladının itkin düşməsinin təfərrüatı məlum olub.
 
Oxu.Az xəbər verir ki, rayonun Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu yanvarın 17-də ailə üzvlərinin tikin düşməsi barədə polisə məlumat verib. 
 
O bildirib ki, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızı uşaqları - doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxıb və bir daha geri qayıtmayıb.
 
Ə.İsayevanın qardaşı Həsrət Heydərov Oxu.Az-a bildirib ki, bacısı həyat yoldaşı ilə dalaşaraq evdən gedib.
 
“Ə.İsayeva üstündə heç bir sənəd götürməyib. Cəmi 60 manat pulla evdən gedib. Biz də bilmirik problemi nədir”,  deyə H.Heydərov bildirib. 
 
 
Advertisement Banner

Şərhlər