ATƏT-in müşahidə missiyasının nümayəndə heyəti ReaksiyaTV-də Zaur Qəriboğlu ilə görüşüb

21.01.2020 23:09     Sosreaksiya     1361

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə missiyasını həyata keçirmək üçün nümayəndə heyəti Bakıya gəlib.

Reaksiya. az xəbər verir ki, missiya Azərbaycan hökumətinin rəsmi dəvəti ilə həyata keçiriləcək.

 Müşahidə missiyasına səfir Piter Teyler rəhbərlik edir. Missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir. DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək.

Qeyd edək ki, missiya seçkilərin ATƏT-in və digər beynəlxalq standartlara uyğunluğu, seçki prosesində milli qanunverciliyin riayət olunmasının qiymətləndirilməsini həyata keçirəcək. “Müşahidəçilər namizədlərin qeydiyyatını, təşviqat işlərini, seçki administrasiyasının və müvafiq dövlət orqanlarının işini, hüquqi bazanın tətbiqini və seçki mübahisələrinin həllini müşahidə edəcək.

Müşahidə çərçivəsində missiya KİV-də kampaniyaların aparılmasını monitorinq etmək niyyətindədi. Bu məqsədlə nümayəndə qrupu bu gün ReaksiyaTV – nin rəhbəri Zaur Qəriboğlu ilə görüşərək ölkəmizdə keçirilən seçkinin gedişatında müstəqil mətbuat və televiziyaların işi ilə maraqlanıblar. Z. Qəriboğlu fevralın 9- da baş tutacaq növbədən kənar seçkilər barədə, namizədlərə yaradılan şəraitdən və müstəqil mediaların təbliğat - təşviqat kampaniyaları çərçivəsində namizədlərə yaradılan imkanlardan danışıb.Namizədlərə öz təbliğatlarını aparmaq üçün bütün lazımi şəraiti yaratdıqlarını, istənilən namizədin öz seçki təbliğatını rəhbəri olduğu internet televiziyasinda yayımlaya biləcəyini bildirib. Həmçinin  vurğulayıb ki, keçiriləcək növbədənkənar seçkilərdə bu günə qədər heç bir neqativ hala rast gəlinməyib.

Ölkəmizdə aparılan islahatlar fonunda bu seçkinin ədalətli  və yüksək şəkildə keçiriləcəyinə inadığını bildirən Z. Qəriboğlu bu seçkinin ölkəmizin gələcəyində mühüm rol oynayacağını inandığını dilə gətirib.

Daha sonra müsahidə missiyasının üzvləri ReaksiyaTV- nin iş şəraiti ilə tanış olublar.

Reaksiya.az

 

1
 
1
 
1
 
1
 
1
 
1
 
1

 

Advertisement Banner

Şərhlər