Fəzail Ağamalı seçiciləri ilə ev-ev görüşür

27.01.2020 15:08     Sosreaksiya

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Salyan rayonunun Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə fərdi görüşlər keçirib.

O, Qarabağ döyüşləri zamanı şəhid olmuş Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələrinə baş çəkib.

Deputatlığa namizəd həmçinin fiziki məhdudiyyətli şəxsləri də ziyarət edib.

Seçicilər F.Ağamalının bu addımını yüksək qiymətləndiriblər və fevralın 9-da keçiriləcək parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildiriblər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər