Nazir: "Bakının yeni planının inkişafında yaradıcı adalar formalaşdırılacaq"

27.02.2020 12:54     Sosreaksiya     1309

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə Bakı şəhərinin yeni planının ümumi inkişafında yaradıcı adaların formalaşdırılması nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bunu "Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər" tədbirində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, burada gənclər üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur ki, onlar öz kreativ bizneslərini inkişaf etdirə bilsinlər.

"Biznes gəncləri dəstəkləməlidir, gənclərin formalaşmasına təkan verməlidir, onların yaradıcılıqla bağlı məşğul olmaqlarına köməklik göstərməlidir", - deyə Ə. Qarayev qeyd edib.

Reaksiya.az

Şərhlər