İcra başçısı 1-ci müavinini işdən çıxardı - Əhəd Abıyevin qardaşıdır

03.03.2020 12:46     Sosreaksiya     7179

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N. Abıyev yaş həddiylə bağlı işdən azad olunub. 

Qeyd edək ki, N. Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.

Məsələ ilə bağlı N. Abıyevlə də əlaqə saxlayıb. O, bu məsələ barəsində narahat edilməməsini xahiş edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar