DİN-dən 5 nəfərin öldüyü qəza ilə bağlı – Açıqlama

05.05.2020 13:21     Sosreaksiya     960

Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Reaksiya.az xəbər verir ki, mayın 4-ü saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.

Reaksiya.az

Şərhlər