Milli Məclisin iclası başladı - Fazil Mustafa hərbi dərsləri bərpa etməyə çağırdı

02.06.2020 11:40     Sosreaksiya     911

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Deputat Fazil Mustafa cari məsələlərlə bağlı çıxşında dedi ki, biz adətən, müxalifət olaraq daha çox tənqidə üstünlük veririk. Ancaq təqdirolunan məsələləri də qeyd etməliyik. “Parlamentin yeni tərkibində ayrı-ayrı komitə üzvlərinin qanun layihələrini təqdim etmə təcrübəsi təqdir olunmalıdır. Əvvəllər Milli Məclisdə sanki komitə sədrlərinin inhisarçılığı var idi. Mən çox sevinirəm ki, parlamentdə xeyli gənc deputatlar özləri təşəbbüs göstərib bu prosesi həyata keçirirlər”.

F.Mustafa daha sonra vacib bir mövzuya toxundu. “Dağlıq Qarabağla bağlı məsələdə bir sıra amilləri kənarda saxlamaq fəsadlara səbəb olacaq”-deyən deputat bir neçə il əvvəl məktəblərin birində qumbara partlayandan sonra orta məktəblərdə hərbi dərslərin yığışdırıldığını bildirdi. “Biz müharibə aparan millətik. Azərbasycan oğlanları mütləq hərbi dərs keçməlidirlər. Qızlarımız da şəfqət bacısı kimi minimal biliklərə yiyələnməlidir. Bilməliyik ki, danışıların heç bir nəticəsi olmayacaq, biz Qarabağ məsələsini hərb yolu ilə həll edəcəyik. Biz hərbi dərsləri bərpa etməliyik və vətəndaşları gələcəyin savaşına hazırlamalıyıq”.(musavat)

Reaksiya.az

Şərhlər