Nazirliyin şöbə rəhbəri və 6 işçisi koronavirusa yoluxdu

09.06.2020 12:20     Sosreaksiya     697

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

Reaksiya.az xəbər verir ki, bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

 

Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb:

"Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”.


Reaksiya.az

Şərhlər