Bu ərazidə 3 gün su olmayacaq? - Açıqlama

17.06.2020 14:45     Sosreaksiya     1734

Şirvan şəhərində yaxın 3 gün ərzində içməli suyun verilməsinin dayandırılacağı haqda deyilənlər həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Şirvan şəhəri Kür Sutəmizləyici Qurğularından su alır:

“Burada içməli suyun 3 gün verilməməsi qeyri-mümkündür”.

Qeyd edək ki, sosial şəbəkədə Şirvan şəhərində içməli suyun verilməsində problem yaşandığı, 3 gün su verilməyəcəyi haqda məlumat yayılıb.

Reaksiya.az

Şərhlər