Operativ Qərargah Mobil Tətbiq yaratdı

18.06.2020 13:12     Sosreaksiya     2158

Nazirlər Kabineti yanında Operativ qərargah"E-Təbib” mobil tətbiqini yaradıb.

Həmin mobil tətbiqlə bağlı məlumatı təqdim edir.

"E-TƏBİB” tətbiqini yükləyin

Siz də "E-Təbib” mobil tətbiqinəqoşularaq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvəniziverə bilərsiniz.

Tətbiqin təsviri

"E-Təbib” - koronavirusun yayılmasını əhəmiyyətlidərəcədə azaltmağa kömək edən mobil tətbiqdir. Bu tətbiq vasitəsilə siz ictimaiyerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısıolub-olmaması barədə xəbərdar ediləcəksiniz. Əgər təsadüfən infeksiyanındaşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda), sizə bildiriş göndəriləcəkvə laboratoriya testinə cəlb olunacaqsınız.

"E-Təbib” bluetooth əsasında işləyir,yaxınlıqdakı digər tətbiq istifadəçilərini izləyir. Həmin səbəbdən, bu tətbiqdənnə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətlişəkildə müəyyən etmək mümkün ola bilər.

Tətbiqin köməyi ilə bir toxunuşlaKoronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq vəmüvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür.

Tətbiqə necə qoşulmalı?

Tətbiqi asanlıqla telefonunuza yükləyəbilərsiniz:

İstifadə etdiyiniz sistemdən asılıolaraq, tətbiqi "Play Market” və ya "AppStore” vasitəsilə "E-Təbib” yazaraqsmartfonunuza endirin;

Tətbiqi işə salın və mobil telefon nömrənizidaxil edin;

SMS vasitəsilə göndəriləcək təsdiqkodunu müvafiq xanalara daxil edin;

Bluetooth qurğusunu işə salın.

Bəs mənim şəxsi məlumatlarım?

"E-Təbib” tətbiqi mobil telefon nömrənizdənbaşqa heç bir şəxsi məlumatınızı toplamır. Hətta iki smartfon arasında mübadiləprosesi şifrələnmiş şəkildə ötürülür.

"E-Təbib” tətbiqini telefonunaquraşdırmış şəxslərin izlənilməməsinə, nömrənin serverdə tam təhlükəsizsaxlanmasına və üçüncü şəxslərə ötürülməməsinə tam zəmanət verir.

Reaksiya.az

Şərhlər