Sahibkarlar nə qədər güzəştli kredit götürə bilər? - Nazir

30.06.2020 13:39     Sosreaksiya     10047

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib.

Reaksiya.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az).

Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.

Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:

"Sahibkarlar üç milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.

Reaksiya.az

Şərhlər