Bərdədə vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırıb
10.09.2020 15:21 Sosreaksiya 5424
Bərdə rayonda İcra başçısına etiraz edən 1967-ci il təvəllüdlü rayon sakini Nəsirov İlham Cavanşir oğlu özünü yandırıb.
Reaksiya.az xəbər verir ki, hadisə günorta saatlarında Bərdə İcra Hakimiyyətinin binası qarşısında baş verib.
Məlumata görə, vətəndaşa yerindəcə müdaxilə edilərək İcra hakimiyyətinin binasına aparılıb. Əraziyə Təcili Tibbi Yardım və polis əməkdaşlarının cəlb olunduğu bildirilir.
Daxili İşlər Nazirliyinin ərazi üzrə mətbuat xidməti məlumatı təstiqləyib.
İ.Nəsirovun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başladılıb.
Şərhlər