Hacıqabulda maşın aşdı, sürücü öldü

15.09.2020 22:36     Sosreaksiya     154

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Reaksiya.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun Pirsaat kəndində baş verib.

Belə ki, Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin Sayadan oğlu idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırdıb.

Qəza zamanı sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər