Bakıda yaşayış binasında yanğın olub

16.09.2020 09:28     Sosreaksiya     106

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Reaksiya.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reaksiya.az 

Advertisement Banner

Şərhlər