“Azəriqaz”da kadr dəyişikliyi

16.09.2020 14:39     Sosreaksiya

"Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

İstehsalat Birliyindən Reaksiya.az-a verilən məlumata görə, Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib. Bu barədə baş direktor Ruslan Əliyev müvafiq əmr imzalayıb. Rəşad Cavadov bu təyinata qədər “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışmış Hüseyn Şirinov isə bu günlərdə tutduğu vəzifədən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər