Bakıda ağır qəza: sürücü öldü

16.09.2020 19:17     Sosreaksiya

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub. 

Fövqəladə Hallar Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər