Nazirlik “Dərs vaxtı”nı açıqladı - Foto

16.09.2020 23:40     Sosreaksiya

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının Feysbuk səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 17-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Reaksiya.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi Yutub kanalı ilə yanaşı, Feysbuk səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda “Təhsil” televiziyasının Feysbuk səhifəsindən izləyə bilərlər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər