Gəncədə ağız qəza: ölən və xəsarət alan var

16.09.2020 23:50     Sosreaksiya

Gəncədə avtomobil iki piyadanı vurub, onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri xəsarət alıb.

Reaksiya.az-ın məlumatına görə, hadisə Gəncə şəhər Heydər Əliyev prospektində, ticarət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı avtomobil vurub. Onlardan biri hadisə yerində dünyasını dəyişib, 1995-ci il təvəllüdlü Qədim Aqil oğlu Qurbanov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər