Tofiq Yaqublunun şikayəti Apellyasiya Məhkəməsinə göndərilib

17.09.2020 17:01     Sosreaksiya     665

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Reaksiya.az xəbər verir ki, bu barədə Report-a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim dilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 16 gündür aclıq aksiyası keçirir.

Reaksiya.az

Şərhlər