Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı - STATİSTİKA

17.09.2020 19:24     Sosreaksiya     863

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1917-dir.

TƏBİB-dən Reaksiya.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 112, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 9-dur.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 38 777 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Hazırkı dövrədək isə 1 035 286 test aparılıb. 

Reaksiya.az 

Şərhlər