Lənkəranda 90 yaşlı kişini avtomobil vuraraq öldürüb

19.09.2020 13:47     Sosreaksiya     841

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanov yolu keçərkən  "VAZ-2104" markalı avtomobil tərəfindən vurulub.

Hadisəni törədən Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev yaralını idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

F.Qurbanov reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar