Bakıda taksi sürücüsü bıçaqlanıb

20.09.2020 00:40     Sosreaksiya     837

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Reaksiya.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 1-ci mikrorayonda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Bayramov Habil Rasim oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda və döş qəfəsində üç ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər