Fitnes zalları bu cür fəaliyyət göstərsin - Nazirlik təklif verdi

24.09.2020 14:43     Sosreaksiya     306

Gənclər və İdman Nazirliyi fitnes zallarının müəyyən məhdudiyyətlərlə fəaliyyətə başlaması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təklif göndərib.

Reaksiya.az report-a istinadən xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov bildirib. Nazirlik rəsmisi fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin mümkünlüyünü təklif etdiklərini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Gənclər və İdman naziri Azad Rəhimov Operativ Qərargahla birlikdə fitnes və idman zallarının açılması ilə bağlı böyük proqram hazırladıqlarını söyləyib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər