Qüdrət Həsənquliyevlə bağlı hansı qərar veriləcək? - MİLLİ MƏCLİS

24.09.2020 16:25     Sosreaksiya     348

“Hələ ki, Qüdrət Həsənquliyevin məsələsi İntizam Komisiyasında müzakirəyə çıxarılmayıb”.

Reaksiya.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı millət vəkili Qüdrət Həsənquliyevin, "Azərbaycan ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözləyir" sözlərini komissiyada müzakirə olunması ilə bağlı danışarkən deyib:

“Hələ ki, məsələ komissiyada müzakirə edilməyib. Əgər bu məsələ müzakirəyə çıxarılarsa, üzvlərin hər biri öz fikrini bildirəcək.

Qüdrət Həsənquliyev müxalifət partiyasının təmsilçisidir və o, sərbəst fikirlərini bildirə bilər. Lakin, hər kəs düşünüb danışmalıdır. Bu məsələ ilə bağlı ətraflı fikrimi komissiyanın iclasında bildirəcəm”, - deyə o bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan ordusunun Ermənistan Baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Q.Həsənquliyevin fikirinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən və Müdafiə Nazirliyindən sərt reaksiya verilib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər