İlham Əliyev 2 sərəncam imzaladı

24.09.2020 16:58     Sosreaksiya     695

Prezident İlham Əliyev Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Reaksiya.az sərəncamın mətnini təqdim edir:

1. Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq olaraq 8 (səkkiz) milyon manat və 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Həsənli Yadulla Həmdulla oğlu

“Əməkdar müəllim”

Abbasov Qəzənfər Əli oğlu

Əliyev Məhəmməd Ələkbər oğlu

Əliyev Ümüdvar Qənbər oğlu

Fərzəliyev Məzahir Həmzə oğlu

Hacıyev Nazim Özbəy oğlu

Həsənov Vəkil Səfiyar oğlu

Həsənova Zöhrə Bilal qızı

Hüseynov Vəkil Neymət oğlu

Kərimov İrşad Abdul oğlu

Quliyev Asiman Aydın oğlu

Məmmədov Məmməd Hümbət oğlu

Məmmədov Zahid Fərrux oğlu

Osmanov Tofiq Ramazan oğlu

Rzayev Rövnəq Mirzə oğlu

Rzayeva Gülnarə Namik qızı

Sadıqov Mustafa Məmməd Sadıq oğlu

Şıxlinskaya Gülnarə Teymur qızı

Vəliyev Fazil Əli oğlu

Yaqubov Sakit Məmədi oğlu.

Reaksiya.az 

Şərhlər