​​​​​​Gəncədə kişi bir neçə bıçaq xəsarəti alıb

24.09.2020 22:49     Sosreaksiya     681

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yaralı şəxs xəstəxanaya aparılıb.

Müayinə zamanı onda beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

O, özünə bıçaq xəsarəti yetirdiyini bildirib. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.

Hadisənin təfərrüatları araşdırılır.

Reaksiya.az

Şərhlər