Son dəqiqə: Bu ərazilərimiz azad edildi - Adları

27.09.2020 14:27     Sosreaksiya     367

Ordumuz Tərtər, Ağdam, Füzuli, Cəbrayıl və Murovdağ istiqamətində bir sıra kəndlər və yükləklikləri azad edib.

Reaksiya.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov AzTV-nin canlı efirində deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu məliyyat nəticəsində uzun illərdir işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və strateji yerlər azad edilib:

"Hazırkı məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murav doğı istiqamətində yerləşən düşmən postları darmadağın edilərək bir sıra vacib yüksəkliklər nəzarətə götürülüb.

Döyüş əməliyyatları davam edir və sizi əmin edirəm ki, bundan sonra da sizi sevindirəcəyik!!!"

Reaksiya.az

Şərhlər