Düşmənin artilleriya bölmələrinə zərbələr endirilildi

28.09.2020 16:06     Sosreaksiya     565

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Reaksiya.az

Şərhlər