Azərbaycan Dəmir Yolları bugünkü qərarını ləğv etdi

28.09.2020 16:26     Sosreaksiya     369

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

Reaksiya.az

Şərhlər