Ermənistan növbəti provokasiyaya əl atıb

29.09.2020 08:02     Sosreaksiya     712

Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur” Reaksiya.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan növbəti provokasiyaya əl atıb. Sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistan ərazisindən Azərbaycanın Daşkəsən rayonun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək. Reaksiya.az

Şərhlər