Ermənilər Tərtərdə mülki obyekti top atəşinə tutdu

30.09.2020 12:15     Sosreaksiya     400

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, sentyabrın 30-da təxminən saat 11 radələrində düşmənin atdığı top mərmilərindən bir Tərtər rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb.

Rayon sakini Emin Əhmədova məxsus geyim mağazasına ziyan dəyib.

Reaksiya.az

Şərhlər