Düşmən alayının komanda məntəqəsinə zərbə endirildi - SON DƏQİQƏ

30.09.2020 12:53     Sosreaksiya     517

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Bu barədə Reaksiya.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir", - nazirlikdən bildirilib.

Reaksiya.az

Şərhlər