Erməninin top mərmisi Tərtərdə yaşayış evinə düşdü - FOTO

30.09.2020 13:50     Sosreaksiya     427

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, sentyabrın 30-u səhər saatlarında düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən yaşayış binasının ikinci mərtəbəsindəki mənzilə düşüb. Nəticədə evə ziyan dəyib.

Ev sahibi Tofiq Ağayev bildirib ki, hadisə zamanı evdə olub:

"Biz digər otaqda televizora baxırdıq. Birdən yataq otağından mərmi səsi gəldi. Allaha şükür ki, xəsarət alan yoxdur".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar