Distant təhsilə keçən məktəb və siniflərin sayı açıqlandı - RƏSMİ

30.09.2020 16:50     Sosreaksiya     346

“21-28 sentyabr tarixlərində temperaturu 37 dərəcədən yüksək olan 387 şagird, 23 texniki işçi müəyyən olunub”.

Reaksiya.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, tədris zamanı hərarəti yüksək olduğu üçün 78 şagird, iki heyət üzvü təcrid olunub:

“Bu tarixlərdə 210 şagird koronavirusa yoluxub. Şagirdlərdən 23 faizi, yəni dörd nəfərdən biri məktəbə gəlib, dörd nəfərdən üçü isə ailədə yoluxub və məktəb daxilində olmayıb”.

Nazir qeyd edib ki, bu dövrdə 19 sinif və bir məktəb distant təhsilə keçirilib:

“Növbəti həftədən onlarda iki həftəlik karantin müddəti bitdiyi üçün ənənəvi tədrisə qayıdılacaq”.

Reaksiya.az

Şərhlər