İordaniya şirkəti Ermənistana qumbaraatan satmaqdan imtina etdi

30.09.2020 17:13     Sosreaksiya     701

Qarabağda hərbi əməliyyatların başlanmasının ikinci günü-sentyabrın 28-də Ermənistan tərəfi İordaniyadan qumbaraatan almaq üçün təcili  müraciət edib. Amma düşmən ölkənin müraciətinə rədd cavabı verilib.

Reaksiya.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan tərəfi qumbaraatnlar almaq üçün daha əvvəl silah aldığı  “JADARA Equipment and Defence Systems” müəssisəsinin sahibi Mark Voloşinə 5 min ədəd RPG-32 tank əleyhinə qumbaraatanın təcili satışı üçün sorğu göndərib. Lakin şirkət rəhbəri bu sorğunu təmin etməkdən imtina edib.

Xatırladaq ki, bu ilin yayında Ermənistanın İordaniyadan tank əleyhinə qumbaraatan aldığı üzə çıxmışdı. Bununla bağlı Azərbaycan tərəfi öz narazılığını İordaniya tərəfinə çatdırmışdı.

Reaksiya.az

Şərhlər