Daha 6 şagird koronavirusa yoluxdu

07.10.2020 18:24     Sosreaksiya     362

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Reaksiya.az-a bildirilib ki, oktyabrın 7-də 6 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 12 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 2, siniflərin sayı 27 olub.

Reaksiya.az

Şərhlər