Əhali Xankəndini tərk edib, şəhər boşdur

13.10.2020 23:16     Sosreaksiya     364

Rusiyanın "Maş" (Mash) internet kanalı Xankəndidən reportaj hazırlayıb.

Reaksiya.az Musavat.com-a istinadla xəbər verir ki, videoda şəhərin tamamən boş olduğu görünür.

Reрortajı hazırlayan müxbirin sözlərinə görə, mülki əhali evini tərk edib.

O, müsahibə almaq üçün şəhərin mərkəzində yerləşən stadiona getsə belə, orada danışmağa heç kimin, hətta mühafizəçinin də olmadığını bildirir. Müxbir qeyd edir ki, şəhərdə internet yoxdur, telefon əlaqəsi yaratmaq çox çətindir, SİM kart satışı isə qadağandır. Mətbuat mərkəzində işıq yoxdur, küçələrdəki işıqforlar işləmir.

Reaksiya.az

Şərhlər