Düşmən ordusu məhv edildi: Araik “könüllü” axtarışında

14.10.2020 00:40     Sosreaksiya     3143

Azərbaycan Ordusunun zərbələri altında silahlı-terrorçu qüvvələri tamamilə məhv olan “dqr” separatçıları ümidlərini könüllülərə bağlayıb.

Reaksiya.az xəbər verir ki, bu gün Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyan Əsgərana gedərək, oradakı yerli administrasiya üzvləri ilə görüşüb.

Görüş zamanı separatçı lider könüllülərin hərbi əməliyyatlarda iştirakı məsələsini müzakirə edib.

Separatçı lider bildirib ki, Qarabağın bütün rayonlarında könüllü dəstələr yaradılır.

Qeyd edək ki, Dağlıq Qarabağda 27 sentyabrdan öncə rəsmi rəqəmlərə görə 135 min, real olaraq isə 60 min erməni yaşayırdı. Hazırda ermənilərin kütləvi köçünü nəzərə alsaq, Araik Arutyunyanın “könüllüləri”nin sayını təsəvvür etmək çətin olmaz.

Ancaq bu həqiqətdir ki, Ermənistan “könüllü” adı ilə xaricdən muzdluların döyüşlərə cəlb olunması üçün ciddi şəkildə iş aparır. Bu istiqamətdə erməni diasporu da aktivləşib. Erməni diasporunun aktiv yardımı ilə silah alınması və muzdlular üçün pul toplanır. Toplanın vəsaitlə alınan silahlar və tutulan muzdlular isə mülki təyyarələrlə Ermənistana daşınır.

Reaksiya.az

Şərhlər