Ermənilər Tərtərdə dəfn mərasimini atəşə tutdu: 3 ölü, 3 yaralı var

15.10.2020 13:53     Sosreaksiya     1004

Erməni hərbi birləşmələri Tərtər şəhər qəbirstanlığında dəfn mərasiminin iştirakçılarını atəşə tutub.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar