Azərbaycanı öz haqq yolundan döndərməyə çalışırlar

15.10.2020 14:07     Sosreaksiya     458

Türkiyənin “Demokrat Gazeteciler Derneği” və “Reaksiya Media Group”un təşkilatçılığıyla Ege TV-də bir çox tanınmış türkiyəli jurnalistlərin və millət vəkillərin iştirakıyla sentyabrın 27-dən etibarən Ermənistan ordusunun Azərbaycana qarşı keçirdiyi hücümlar müzakirə olunub.

Reaksiya.az xəbər verir ki, müzakirədə Azərbaycandan “Reaksiya Media Group”un baş direktoru Zaur Qəriboğlu və “Xural Media Group”un baş direktoru Əvəz Zeynallı iştirak edib. 

Onlar hal- hazırda Ermənistanın ölkəmizə qarşı keçirdiyi təxribatlardan danışaraq bildiriblər ki, Azərbaycan haqq yolundadır. Bu savaşda Azərbaycan ordusu mütləq qalib olacaq və öz torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləyəcək.

Jurnalistlərin suallarını cavablandıran media rəhbərləri bildirib ki, Ermənistan silahlı qüvvələri dinc əhalini hədəfə alır. Gəncədə, Tərtərdə yaşayış məntəqələrini atəşə tutur. Bu gün bütün dünya bu haqsızlığa, ədalətsizliyə öz etirazını yüksəltmək əvəzinə görməzdən gəlməyə, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışdıqlarını diqqətə çatdırıblar.

Onlar bildiriblər ki, bu gün hərb meydanında aşkar üstünlüyü olan Azərbaycan bu savaşda uğurlu nəticəyə imza atacaq. Çünki, haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfdədir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar