Tərtər qəbiristanlığında həlak olanların sayı 4-ə çatdı - FOTO

15.10.2020 17:45     Sosreaksiya     484

Bu gün saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Reaksiya.az xəbər verir ki, hadisə zamanı yaralananlardan biri - 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu vəfat edib.

Daha əvvəl həmin zaman orada olan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub.

Məmmədov Fizuli Əli oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Həlak olan şəxslərin fotolarını təqdim edirik.

Reaksiya.az

Şərhlər